Azərbaycanlılar prezidentə və baş prokurora müraciət etdi

Azərbaycanlılar prezidentə və baş prokurora müraciət etdi
22:46 8 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada yaşayan azərbaycanlılar son günlər ölkədə azərbaycanlı iş adamlarına qarşı baş vermiş silahlı hücumlarla bağlı prezident Pyotr Poroshenkoya, baş prokuror Vitaliy Yaremaya və Ali Radaya məktub göndəriblər.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, müraciəti konqres sədri Rövşən Tağıyev və ölkənin 20-dən çox regionunda təmsil olunan Azərbaycan diasporu adından ünvanlanıb.

Məktubda dekabrın sonu və yanvarın əvvəlində Odessa vilayətində azərbaycanlı iş adamları Ram Atakişiyev və Şaiq Həsənova edilən hücumlar, onların ölümcül döyülməsi, o cümlədən, ölkənin bir neçə regionunda azərbaycanlıların obyektlərinə silahlı hücumların olması xatırladılıb. Bu məsələlərin Ukraynada yaşayan 350 mindən çox azərbaycanlını çox narahat etdiyi bildirilib.
Müraciətdə həmçinin hücum faktlarının iştirakçılar arasında milis əməkdaşlarının olmasından da narahatlıq ifadə edilib.

Müraciətdə Ukrayna rəhbərliyindən bu məsələləri yoluna qoymağa dəstək göstərmək xahiş olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR