Gürcüstan Putinin Abxaziyaya səfərini pislədi

Gürcüstan Rusiya prezidenti Vladimir Putinin qondarma Abxaziya respublikasına səfərini pisləyib.

Metbuat.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin bəyənatında qeyd olunur ki, Putinin səfəri beynəlxalq qanunvericiliyə ziddir. Gürcüstan hökuməti Moskvanı ölkənin ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Qeyd edək ki, ötən gün qondarma respublikanın yaranmasının 9-cu il dönümü münasibətiylə bölgəyə səfər edən Putin, bir sıra görüşlər keçirib. O bəyan edib ki, Moskva bundan sonra da Abxaziyanın müstəqilliyi və təhlükəsizliyinə təminat verir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR