Fransanın paytaxtı Paris yaxınlığında baş verən insidentlə bağlı rəsmi açıqlama verilib.
Metbuat.az-ın məlumatına görə, yerli bələdiyyə nümayəndələri bildirib ki, hadisə bilərəkdən törədilib. Lakin hücumu təşkil edən şəxsin terror qruplaşmaları ilə əlaqəsinin olub-olmadığı hələlik məlum deyil.
Xatırladaq ki, bu gün səhər saatlarında naməlum şəxs avtomobili əsgərlərin üzərinə sürüb. Əvvəlcə 8 hərbçinin yaralandığı açıqlansa da, sonradan onların sayının 6 olduğu qeyd olunub. Yaralılardan ikisinin vəziyyəti ağırdır. hücumu törədən sürücü ərazidən qaçmağa müvəffəq olub. Onun tapılması istiqamətində axtarışlar aparılır.
Sübhan / METBUAT.az