Xətaidə yaşayış binasında yanğın olub

Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, binanın 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı yanıb. 

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR