Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 20-ni ötdü

Çinin Siçuan əyalətində baş verən 7 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 20-ni ötüb. 300-dən çox insan xəsarət alıb.

Metbuat.az-ın məlumatına görə, fövqəladə hallar idarəsinin, fəsadların aradan qaldırılması üzrə komissiyası ölənlərin sayının 100-ü keçə biləcəyini açıqlayıb. Yerli vaxtla saat 21 radələrində baş verən yeraltı təkanlar 130 mindən çox evdə fəsadlar törədib. Bəzi tikililər tamamilə dağılıb. Dağıntılar altında çox sayda insanın qaldığı istisna edilmir. 

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR