Sevincdən qızlara məsləhət - "Namusunu qoru..."

Müğənni Sevinc Musayeva yenə sətiraltı ifadələr işlətməklə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, əslində, o, gürüntü olaraq qızlara nəsihət verib, ancaq izləyicilər bu statusun müğənnilərə ünvanlandığını bildiriblər:

"Ey Azərbaycanın gözəl qızları, dinləyin, nəsihət işıqlı yoldur, bəlkə bir zaman gərəyiniz oldu. Aldanıb həyatda nazı-nemətə, pullu insanların qoynuna atılmayın. Heç vaxt dönük çıxıb saf sədaqətə, ad-sana, şöhrətə satılmayın. Qızlıq şərəfini, qızlıq adını əlçatmaz bir nemət kimi qoruyun. Ucaldan varmıdır deyin qızları, təmiz ad, məhəbbət, pak ismət kimi. Daş-qaş içində qiyməti sonsuzdur namusun, qoru. Daş-qaş əvəzinə gəlin köçəndə təmiz adınızı cehiz aparın. Kaprizlərinə güclə dözdüyünüz pullu, evli və yaxud qoca insanların sayəsində qazandığınız uğur, sizin uğurunuz deyil. Əlində oyuncaq olduğun insanın uğurudur. Oyuncaq olduqdan sonra səni kimlərin idarə etməsi önəmli və vacib deyil".

Tanınmış aktrisa həbs olundu, sonra isə... - FOTO - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR