Səudiyyə Ərəbistanda çəkilən bu video böyük qalmaqal yaratdı - O qadın axtarılır, tapsalar... VİDEO

Səudiyyə Ərəbistanının hakimiyyət dairələri 23 yaşlı modeli axtarır. Polis və xüsusi xidmət strukturları həmin xanımı “adət-ənənəni tapdalamaqda, ölkə qanunvericiliyini kobud şəkildə pozmaq”da günahlandırırlar.

Səbəbsə çox trivialdır. 

sosial şəbəkələrdəki profili “Khulood” olan xanım Səudiyyə Ərəbistanının Şəqra bölgəsindəki məşhur Uşayqer kəndində dolaşıb. Bu kənd populyar turist məkanı sayılır. 

Uşayqer küçələrində əynində mayka və şortla gəzən “Khulood” sonradan videogörüntülərini Snapchat-dakı profilində paylaşıb. 

Video Səudiyyə Ərəbistanında böyük qalmaqala səbəb olub. Çünki bu ölkədə qadınlar evdən çıxdıqda mütləq əyinlərində “əbayə” adlı uzun ətəkli geyim olmalıdır. 

Səudiyyə Ərəbistanında qadınların başıaçıq, illah da ki, maykada və şortda gəzmələri qəti qadağandır. 

Uşayqer kəndi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan şimalda, səhralıq Nəyc bölgəsində yerləşir. 

Həmin məkanın yerli sakinləri çox mühafizəkardır. Milli.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR