Play Store

Əks-səda necə yaranır? - "Exo"

Əks-səda hadisəsi barədə insanlar tarixən çoxlu mif və əfsanə yaratmışlar. Qəmin yunan əfsanəsində deyilir ki, gözəl nimfa Exo (əks-səda) danışmağı çox sevirmiş. Hera adlı ilahə Exoya danışmağı qadağan edir. Exo yalnız ona deyilən sözləri təkrarlaya bilərdi.

  Bir dəfə Exo yaraşıqlı Nərgizi görür və bir könüldən min könülə ona aşiq olur. Amma Nərgiz ona heç fikir də vermir. Exo bundan çox kədərlənir və havada əriyərək yox olur, yalnız səsi qalır. Biz Exonun dediyimiz sözləri təkrarlamasını indi də eşidirik.  

  Əslində exo və ya əks-səda səslərin əks olunmasıdır. Bildiyimiz kimi, səs saniyədə 335 metr sürətlə hərəkət edir və dalğalarla ötürülür. Səs dalğası hər hansı maneə ilə rastlaşanda o, işıq kimi əks olunur. Bu zaman əks-səda yaranır.  

  Amma heç də bütün cisimlər əks-sədaya səbəb olmur. Bəzi cisimlər səsi əks etdirməyərək onu udur. Lakin bir qayda olaraq düz və hamar səthlər (divar, qaya) əks-səda yaradırlar. Yeri gəlmişkən, buludlar da əks-sədaya səbəb olur. Göy gurultusunu buna misal göstərmək olar. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR