Play Store

Rels altlıqlarını oğurlayan şəxs tutulub - DİN

Dəmir yollarından 35 ədəd rels altlığını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Samir Ələkbərov tutulub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 9-da Gəncə dəmiryolu stansiyası ərazisindən 35 ədəd rels altlığını oğurlamaqda şübhəli bilinən şəhər sakini Samir Ələkbərov tutulub.

Sabah şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR