Üzeyir Türkiyə şou-biznesinə qatılıb? - "Paxıllığımı çəkirlər"

Türkiyədə istirahət edən müğənni Rəqsanə radioda müğənni Üzeyrin ifasında səslənən mahnını paylaşıb.

Bu videodan sonra izləyicilər Üzeyirin Türkiyəyə getdiyini və oranın şou-biznesinə qatıldığını bildiriblər.

Xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Mətbuat.az müğənni ilə əlaqə saxlayıb. O, bildirib ki, Türkiyə şou-biznesinə qatılmağı düşünmür:

“Belə bir fikrim yoxdur. Türkiyədə məni sevənlər çoxdur, radiolar da bunu nəzərə alıb mahnılarımı yayırlar. Bizim bir çox şou-biznes nümayəndələri mənim paxıllığımı çəkirlər. Ancaq bu məni ruhdan salmır. Bilirəm ki, bütün azərbaycanlılar məni sevir. Hansı ölkəyə gedirəmsə, konsert salonu ağzına kimi dolur. Gündə yüzlərlə insan mənə zəng edir, sevgilərini, hörmətlərini çatdırırlar. Bu niyə olur, bilirsiniz? Çünki mən bütün soydaşlarımızı sevirəm. Bu cür təmənnasız sevgi isə həmişə qarşılıq gətirir”.

Rəqsanə Üzeyir Mehdizadə ilə bağlı görüntülər yaydı... - VİDEO - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR