Ev üsullu toyuq kababı -Sobada

Sobada hazırlanan yeməklər dadı ilə xüsusilə, fərqlənir.

Metbuat.az sobada toyuq kababının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 ədəd toyuğun döş əti

4-5 ədəd göbələk

2 ədəd bibər

Marinəsi üçün:

2 x.q - sirkə

Zeytun yağı - 1 x.q

1 diş sarımsaq

1 ədədin ¼ soğan

Kəklikotu, rozmarin, duz

Hazırlanmasına gəldikdə toyuğun döş əti kub formasında doğranılır və bir kasaya tökülür. 

Marinə üçün nəzərdə tutulan ərzaqlar doğranmış toyuğun döş ətinin üzərinə əlavə edilərək qarışdırılır və streç üzəri bağlanılıb 1 saat dondurucuda saxlanılır.

Bibərlər və göbələklər doğranılır. Marinə olunub yumşalmış toyuğun əti bibər, göbələk, soğan ardıcıllığı ilə şişə keçirilir. Soba 220 dərəcə temperaturda bişirilir.

Nuş olsun!

Lülə kababı evinizdə hazırlayın - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR