Qablarınızı sağlıqlı şəkildə yuyun - Bu üsulla...

Qabyuyan maşında yuyucu toz əvəzinə təbii üsullardan istifadə etməyə nə deyirsiniz?

Metbuat.az xəbər verir ki, qablarınızı yuyarkən istifadə etdiyiniz kimyəvi maddələr (yuyucu tozu, kimyəvi duz) sağlamlığınıza ziyan vurur. Buna görə, təbii üsullardan faydalanmaq olar. Qabyuyan maşın üçün kimyəvi duz istifadə etmək əvəzinə, limon duzu istifadə edə bilərsiniz, çünki digər duzlar bir müddət sonra maşına ziyan vurur.

Qabyuyan maşın parladıcılarının tərkibində yüksək miqdarda qıcıqlandırıcı maddə olduğu deyilir. Bu səbəblə, parıldadıcı əvəzinə alma sirkəsi istifadə edin.

Yuyucu toza alternativ olaraq  sirkə və limon duzu istifadə edə bilərsiniz. Sirkə və limon duzu qarışığı qabları təmizləməyə və parıldatmağa yardım edəcək.

Aysel Yaqubqızı / Metbuat.az

Yumurtaların içindən böcək dərmanı çıxdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR