Kartof qızartmasını ketçupla yeməyin

Daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay kartof qızartması və yanında istifadə edilən souslar haqqında şok açıqlamalar edib.

Metbuat.az xəbər verir ki, professor Karatay uşaqları kartof qızartması sevən ailələrə xəbərdarlıq edib: “Uşaqlar əlində qızartma ilə dünyaya gəlməyib. Onları bu vərdişə siz öyrətmisiniz. Uşaqlarınızı bu qidadan uzaq tutun”.

Karatay kartofla birlikdə yeyilən ketçupun isə asılılıq yaratdığını söyləyib. “Kartofu sevmirlər, ketçupdakı asılılıq maddəsini sevirlər. Əgər kartof ləzzətlidirsə, niyə ketçup tökürlər, oturub kartofu yesinlər”.

Kartofun yalnız qızardılaraq yeyildiyi zaman təhlükəli olduğunu deyən Karatay onu sevənlərə qaynadılmış halda yeməyi məsləhət görüb. Həkim həmçinin kartofun tərkibindəki qlüten və nişastaya görə şəkər xəstələri və qlüten həssaslığı olanların istifadə etməməsini vurğulayıb.

Aysel Yaqubqızı / Metbuat.az

Heyvanı balla qarışdırıb yeyin - Xalq təbabəti - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR