Play Store

Parisdə hərbçilərə hücum edən terrorçu zərərsizləşdirildi

Paris yaxınlığında hərbçilərə hücum edən şəxs zərərsizləşdirilib.

Metbuat.az-ın məlumatına görə şübhəli Parisin şimalında avtomobillə qaçmağa çalışarkən saxlanılıb. Polisin əmrinə tabe olmayan silahlı onlara atəş açıb. Cavab atəşi zamanı 5 güllə yarası alan şəxs ağır yaralanıb. 37 yaşlı Hamu adlı şübhəlinin terror qruplaşmaları ilə əlaqəsinin olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, ötən gün o avtomobili əsgərlərin üzərinə sürüb. Nəticədə 3 -ü ağır olmaqla 6 hərbçi yaralanıb.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR