Pxenyan Vaşinqtonun təhdidlərinə adekvat cavab verəcək

Pxenyan Vaşinqtonun Quam adasındakı bazalarının yaxınlığına 4 raket zərbəsi endirə bilər.

Metbuat.az-ın məlumatına görə, Şimali Koreya ordusunun bəyənatında qeyd olunur ki, plan qarşıdakı bir həftə ərzində ölkə lideri Kim Çen Ina təqdim olunacaq:

"Planlarımızı hazırlayıb Quamı vurmaq üçün baş komandanımızın əmrinin gözləyəcik".

Xarici mənbələr yazır ki, raketlər bazadan 30-40 km məsafəyə düşməlidir. Qeyd edək ki, Quam adası Şimali Koreyadan 3400 km məsafədə yerləşir.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR