Rusiyada tikiş fabrikində yanğın -

Rusiyanın Smolensk şəhərində tikiş fabrikində yanğın baş verib.

Metbuat.az-ın məlumatına görə, yanğın nəticəsində bir nəfər həlak olub.

Yanğın ümumilikdə 1000 kvadratmetrədək ərazini əhatə edib. Hadisə ilə əlaqədar fabrikdəki insanlar təxliyə edilib. 

Yanğın bölgəsinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. 

Yanğının baş vermə səbəbləri məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR