İsrail klubuna qarşı oynadılar, millidən qovuldular -

İran Futbol Federasiyası qeyri-adi qərar qəbul edib.

Metbuat.az-ın məlumatına görə, federasiya Yunanıstanın "Panionios" klubunda çıxış edən iki futbolçunu - İshan Haci Şafi və Məsud Şucaini İran millisindən birdəfəlik kənarlaşdırıb.  

Buna səbəb futboloçuların Avropa Liqasının 3-cü təsniaf mərhələsinin cavab matçında İsrailin "Makkabi Təl Əviv" klubuna qarşı oynamalarıdır. 

İranla İsrail arasında diplomatik əlaqələrin olmadığından futbolçuların hərəkəti belə sərt cəza ilə qarşılanıb.  

Qeyd edək ki, Səfi 84, Şocaei 70 dəfə millinin heyətində oyuna çıxıb.//QOL.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR