Play Store

Yatmazdan əvvəl yanınıza su qoymayın - Təhlükəlidir

Yatarkən yanınıza su qoymayın.

Metbuat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gecə yatmazdan əvvəl yanınıza qoyacağınız su təhlükə yaradır.

Kimyəvi quruluşu və dadı dəyişir

Gecə boyunca otaqda açıq halda qalan suyun həm dadı, həm quruluşu dəyişir. Səbəbi isə gecə havayla təmas halında olan suyun toz hissəcikləri və hava ilə daşınan bakteriyalarla dolmasıdır.

Su ilə birlikdə bədənimizə bakteriyalar daxil olur

Su açıq yerdə qaldığı zaman karbondioksidi içinə çəkir. Su ilə karbondioksid birləşdiyi zaman isə suyun kimyəvi tərkibi dəyişir. Eyni zamanda, bu vəziyyət suyun pH səviyəsini aşağı salır və suyun dadı da dəyişir.

Necə etməliyik?

Bir gecə boyunca açıq vəziyyətdə qalan suyu içdiyinizdə bakteriyalar da su ilə birlikdə sürətlə orqanizmə daxil olur və sağlamlığınız üçün təhlükə yaradır. Yatarkən yanınıza su qoymaq istəyirsinizsə, onu stəkanda deyil, ağzı bağlı şüşədə qoyun.

Aysel Yaqubqızı / Metbuat.az

Hər gün bir stəkan ballı su için - Xalq təbabəti - Xalq təbabəti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR