Yay meyvə-tərəvəzləri alarkən bunlara fikir verin

Yay mövsümündəki meyvə-tərəvəzləri hər kəs sevir. Ancaq bazardan və marketdən alınan məhsullar bəzən bizi xəyal qırıqlığına uğrada bilir. 

Metbuat.az xəbər verir ki, meyvə-tərəvəz seçərkən bəzi qaydaları bilsəniz yaxşı olar.

Qarpız

Qarpız ələ alındığında qabığı ağır və parlaq olmalıdır. Qarpızın üstü saralmış olmamalıdır. Belə qarpız günəşdə çox qalmış və çürüməyə başlamış hesab olunur.

Yemiş

Yemiş də qarpız kimi ələ alındığı zaman ağır və parlaq olmalıdır. Qarpızın əksinə yemiş, saxlandıqca daha ləzzətli olur.

Pomidor

Pomidor seçərkən ağır, qırmızı və qabığı nazik olanı seçin. Ən dadlı pomidor günəşdə qalıb yetişən pomidordur. Ləzzətli pomidorun təpə hissəsində yaşıl xəttlər olur.

Üzüm

Üzümün sapı mütləq yaşıl rəngdə olmalıdır. Ağ üzüm biraz sarımtıl, qara üzüm isə qapqara olduğu halda daha ləzzətlidir. Əgər aldığınız üzümün sapı yaşıl deyilsə, o üzüm təzə deyil.

Armud

Armudun ən dadlısı rəngi sarı və bərk olanıdır.

Aysel Yaqubqızı / Metbuat.az

Yumurtaların içindən böcək dərmanı çıxdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR