Qar Bakıda maşınları yolda qoydu

Qar Bakıda maşınları yolda qoydu
23:19 8 Yanvar 2015
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, ən uzun tıxac Moskva prospektində yaranıb. Prospektin Cavadxan küçəsi ilə kəsişməsindən başlayan tıxac Bakı-Sumqayıt yolunadək davam edir. Moskva prospektində hərəkət sürəti cəmi 19,82 km/saatdır. Bundan başqa, Asif Məhərrəmov küçəsində (hərəkət sürəti 10,98 km/saat) və Abbas Mirzə Şərifzadə küçəsində də tıxac müşahidə olunur.

 

Bakının yüksəklik ərazilərində yolların buz bağlaması nəqliyyatın hərəkətində problem yaradıb. Hazırda Babək prospektində, Abbas Fətullayev küçəsində, General Səməd bəy Mehmandarov, Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Ramiz Quliyev, Sakit Qocayev küçələrində hərəkət sıxlığı qeydə alınır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR