Dərinizə ilan yağı çəkin, çox gözəl olun... - XALQ TƏBABƏTİ

İlan yağı min dərdin dərmanıdır. Ondan xalq təbabətində istifadə edilir.

Metbuat.az xəbər verir ki, ilan yağı Cənubi Afrika qitəsində olan ilanlardan əldə edilir. Elm adamları xüsusilə, çöllərdə yaşayan və həmin bölgəyə xas olan ilanlar üzərində apardıqları araşdırmalar nəticəsində ilan yağının bir çox faydalarının olduğunu kəşf edib.

İlan yağının faydaları nələrdir?

İlan yağı üzərində aparılan araşdırmalarda onun Omeqa-3 yağ turşusu və “Eikozapentaenoik” turşusu ilə zəngin olduğu ortaya çıxıb. İlan yağının infarktiflic riskini aşağı saldığı elmi sübutlarla isbatlanıb.

İlan yağının içərisindəki bəzi qoruyucu elementlər ümumi olaraq antibakterial və ya anti-viral olmaqla yanaşı, immunitet sistemindəki gərginliyi azaldacaq antioksidant kimi fəaliyyət göstərir.

İlan yağı dərinin sağlamlığı üçün əvəzsiz vasitədir. Yağın tərkibindəki maddələr dərini nəmləndirir və qoruyur. Əgər dəriniz soyulur, çatlayır, quruyur və müxtəlif infeksiyalar səbəbi ilə qıcıqlanırsa, kiçik miqdarda ilan yağı müalicəsi ilə daha sağlam dəriyə sahib ola bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Azərbaycanda 285 nəfər zəhərlənib - Qidadan - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR