Mila Əminə Türkiyədə dəfn ediləcək - "Azərbaycana gətirə bilmirik"

Ağır vəziyyətdə Türkiyəyə aparılan gənc aktrisa Mila Əminə dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, aktrisanın rəfiqəsi "İnstaqram" sosial şəbəkəsi vasitəsilə əhaliyə səslənib:

"Burdan Milanı çox istəyənlərə və istəməyənlərə səslənirəm. Hamınız onun fotosunu paylaşıb, rəhmət diləyirsiniz. Allah razı olsun. Amma hərə bir neçə manat yığsa, onun meyitini Azərbaycana gətirə bilərik. Dedilər ki, onun meyitini ölkəyə gətirmək olmur, bunun üçün çox pul tələb olunur. Buna görə də Türkiyədə basdırılmağına qərar verilib. Milanı və məni istəyənlərə üzümü tuturam, kimin nəyə imkanı çatırsa, yardım etsin. Heç olmasa onun meyitini Azərbaycana gətirək. Ailəsinin bunun üçün maddi imkanı yoxdur".  

“Azərbaycanda “qurd yağı” biznesi var, insanı 6 aya öldürür" - MÜSAHİBƏ - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR