Play Store

Badımcanlı pomidor çığırtması - Resept

Çoxlarının sevimli yeməyi pomidor çığırtmasını badımcanla bişirmisiniz?

Metbuat.az bu dəfə tam fərqli resept təqdim edir. Çığırtmanı bir də badımcanla bişirin.

Tərkibi:

3 ədəd badımcan

1 ədəd soğan

2 diş sarımsaq

1 çay qaşığı bibər tomatı

2 ədəd pomidor

Duz, qara istiot, pul bibər, adi cirə

4 ədəd yumurta

Üzəri üçün:

Təzə reyhan

Qızartmaq üçün:

Maye yağ

Hazırlanması:

Badımcanları soyub kub formasında doğrayın və yağda qızardın. Daha sonra kənara alıb yağını çəkməsini gözləyin. Soğan və əzdiyiniz sarımsağı yağda qovurun. Tomat, kub formasında doğradığınız pomidor və qızartdığınız badımcanları əlavə edin. Duz və ədviyyatlarla dadlandırın, pomidor yumşalıb suyunu çəkənə qədər bişirin. Yumurtanı da əlavə edib, 3-4 dəqiqə bişirməyə davam edin. Xırda doğradığınız reyhanı da əlavə edin. Yemək hazırdır.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Sobada tərəvəzli toyuq yeməyi - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR