Play Store

Ana südünü artıran qarışıq - Analar, DİQQƏT

Ana südü körpələrin həyatı və sağlamlığı üçün çox vacib qidadır.

Metbuat.az xəbər verir ki, südün keyfiyyəti uşağın qidalanması və inkişafı üçün əhəmiyyətlidir. Ana südünü artırmaq üçün təbii üsullara baş vurulur. Bu üsullardan biri də süd artıran qarışıqdır. Qarışığı hazırlamağın qaydasını təqdim edirik:

Tərkibi:

½ stəkan tünd rəng üzüm

½ stəkan quru qayısı

4 ədəd quru əncir

4 ədəd kiçik parçalara bölünmüş keçibuynuzu

1 ədəd doğranmış alma

5 stəkan su

Hazırlanması:

Bütün məhsulları yuduqdan sonra qaba qoyun. Su əlavə edib ocağın altını yandırın. Meyvələr yumşalana qədər qaynadın. Otaq temperaturuna gələnə qədər kənarda saxlayın. İlıq halda qəbul edin.

Aysel Yaqubqızı / Metbuat.az

Yağlı dərilər üçün nanə maskası - Xanımlar, DİQQƏT! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR