İstanbulu partladan qadın Rusiya vətəndaşı çıxdı (VİDEO)

İstanbulu partladan qadın Rusiya vətəndaşı çıxdı (VİDEO)
23:21 8 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

İki gün əvvəl İstanbulda Polis köşkü qarşısında özünü partladan qadının şəxsiyyəti məlum olub. Çeçen əsilli qadının törətdiyi partlayışda “İŞİD”in əlinin olması ehtimalı araşdırılır.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, iki gün öncə Sultanəhməd məscidinin yaxınlığında, Sultan Əhməd rayonunun turizim polis şöbəsində bir qadın kamikadze özünü partladaraq bir polis nəfəri şəhid etmişdi. Bu gün qadının kimiliyi bəlli olub. O, çeçen əsilli Rusiya vətəndaşı Riana Ramazovadır. Hazırda onun hansı terror qruplaşmanın üzvü olduğu isə hələlik bəlli deyil. Bu istiqamətdə Türkiyə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən araşdırmalar davam etdirilir. Bundan əvvəl hadisəni törədən şəxsin solçu Elif Sultan olduğu deyilirdi. Lakin Elif Sultanın ailəsi və oun vəkili morqa gedərək meyitə baxış keçirdikdən sonra cəsədin onların qızına məxsus olmadığını bildiriblər. Kamikadze çeçen əsilli Rusiya vətəndaşı Riana Ramazovanın törətdiyi hadisəni Türkiyədəki sosialist solçular öz üzərlərinə götürmüşdülər. Amma bu gün belə bir suall ortaya çıxıb ki, nəyə görə bu cinayət hadisəsinin sosialist solçular öz üzərlərinə götürüb? Artıq Türkiyə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bununla bağlı araşdırma aparılır, cinayət işi açılıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR