Yuxusu ərşə çəkilənlər oxusun - Səbəb bu imiş

Orta yuxu müddəti son 10 ildə 2 saat qısalıb.

Metbuat.az xəbər verir ki,  Böyük Britaniyada yerləşən Klinik Mərkəzin əməkdaşları belə qənaətə gəliblər. Əvvəllər həkimlər insanların gecə istirahətinə ayırdıqları saatların sayına görə narahatlıq keçirmirdilər. Hazırda insanın orta yuxu müddəti təqribən 5 saatdır. Halbuki, ötən illərdə bu göstərici 7 saata bərabər idi. Az yatmaq işləyən kişi və qadınlarda müşahidə olunur. 

Həkimlər edirlər ki, cavanlar istirahət günlərində adəti üzrə olduğundan yarım saat çox yatırlar. 

Alimlər həyəcan təbili çalaraq bildirirlər ki, insanlar gecə istirahətinə getdikcə daha az vaxt ayırırlar. Maddi rifah halının pis olması ilə bağlı yaşanan stress, ortaya çıxan problemlər yuxunu ərşə çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR