Play Store

Murad Arif Lütfi Zadənin dəfn xərclərini öz üzərinə götürmək istəyir - "Şərəf olar..."

Tanınmış aparıcı və bəstəkar Murad Arif ABŞ-da yaşayan məşhur alim Lütfi Zadənin Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyətinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, M.Arif Lütfi Zadənin vəsiyyətini qınaq obyetinə çevirənlərə sərt sözlər deyib:

"Hamı sizə borcludur. Hamıdan nəsə tələb edir, umursunuz. Əsl borclu olan və umulanlardan başqa hamıya gücü çatır bu cəmiyyətin. Lütfi Zadə dünya şöhrətli alimdir, dünyaya, bəşəriyyətə ELM irs edib. Bunun 2 tələbəni oxutmaqdan qat-qat ağır olduğunu anlamaq belə çətindirmi? İstənilən ərazinin də minnəti olsun ki, belə adamlar o ərazilərdə basdırılmaq istəyir. Onun dəfninin bütün xərclərini üzərimə götürməyə hazıram. Şərəf olar".

“Azərbaycanda “qurd yağı” biznesi var, insanı 6 aya öldürür" - MÜSAHİBƏ - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR