Play Store

Bakı sakininə qarşı soyğunçuluq - Polis yaxaladı...

Bakı şəhər sakini İlqar Ağayevə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, avqustun 10-da saat 2 radələrində Nəsimi rayonunun Moskva prospektində 2 naməlum şəxs Bakı şəhər sakini İ.Ağayevə zor tətbiq edərək pulunu və mobil telefonunu alıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağdam rayon sakini Ruslan Məhərrəmov və Yevlax rayon sakini Elxan Zeynalov tutulublar.

Xəzərdə batan xarici vətəndaş xilas edildi - FHN - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR