Tramp: Bu onlara çox baha başa gələcək!

"Şimali Koreya sevdiklərimizə müttəfiqlərimizə və ya bizə hücum etməyi ağlından keçirərsə, bu onlara çox baha başa gələcək".

Metbuat.az-ın məlumatına görə, Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Pxenyana növbəti dəfə sərt xəbərdarlıq edib. O bildirib ki, Koreya Xalq Demokratik Respublikası düşünülməmiş addım atarsa, ehtimal etmədikləri hadisələrlə üzləşəcəklər.

Onun sözlərinə görə, 25 ildir ki gərginliyi aradan qaldırmaq üçün diplomatik addımlar atılır. Lakin heç bir nəticə əldə olunmayıb. Bununla belə Tramp uyğun şərtlər altında Şimali Koreya ilə danışıqlar aparmağa hazır olduğunu dilə gətirib.  

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR