"Beşiktaş"dan növbəti transfer

“İnter”in yarımmüdafiəçisi Qari Medelin “Beşiktaş”a keçəcəyi dəqiqləşib.

Metbuat.az-ın məlumatına görə, çilili futbolçu artıq İstanbuldadır. Onunla 3 illik müqavilə imzalanacağı bildirilir. 

Qeyd edək ki, 30 yaşlı futbolçu “Boka Xuniors”, “Sevilya” və “Kardiff” klublarında da çıxış edib. O, 2007-ci ildən Çili millisində oynayır.//QOL.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR