Play Store

Suriyada növbəti qətliam - Çox sayda ölü var

Son bir gün ərzində Koalisiya qüvvələri Suriyanın Rəqqə şəhərinə 45 dəfə hava hücumu təşkil edib.

Metbuat.az-ın məlumatına görə, Rəqqənin İŞİD-in nəzarətindəki bölgələrinə atılan 10-larla raket zərbəsi zamanı 15-ə yaxın insan ölüb. 50-dən çox yaralı var. Bəzi mənbələr isə azı 30 nəfərin həyatını itirdiyini açıqlayıb. Dağıntılar altında qalanlar var.

Terrorçuların itkiləri barədə məlumat yoxdur. Qeyd edək ki, şəhərin təqribən 50 faizi İŞİD-dən azad edilib.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR