Avropada qalmaqal -

Avropanın bir çox ölkəsində satılan zərərli yumurtalara bu dəfə Danimarkada rast gəlinib.

Metbuat.az-ın məlumatına görə, Danimarkanın Qida İdarəsinin açıqlamasında bildirilir ki, ölkədə 20 ton zərərli tərkibə malik yumurta satışa çıxarılıb. Rəsmilər həmin məhsulların Belçikadan gətirildiyini bildirib.

Qeyd edək ki,bu günə qədər Fransa, İtaliya, Belçika və Hollandiyada yumurtaların tərkibində "fipronil"maddəsi aşkarlanıb. Həmin maddə quşçuluq təsərrüfatlarında gənə və müxtəlif həşaratların yayılmasına qarşı istifadə edilir. Dünya Səhiyyə Təşkilatının "orta səviyyədə zəhərli maddə" adlandırdığı "fipronil" insanın böyrək və ciyərlərində problemlərə yol aça bilir.  

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR