Qəbələdə ağır yol qəzası

Qəbələdə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu ərazisində “Kamaz” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-Qərb Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:40-da başa çatıb.

Bakı sakininə qarşı soyğunçuluq - Polis yaxaladı... - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR