Yuanın ucuzlaşacağı proqnozlaşdırılır

Yuanın ucuzlaşacağı proqnozlaşdırılır
12:37 12 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 avqust. REPORT.AZ/ Çinin milli valyutyası - yuan bu həftə 33 əsas valyuta ilə müqayisədə ən yaxşı dinamikanı göstərsə də, dünyanın aparıcı proqnoz mütəxəssisi yuanın getdikcə ucuzlaşacağını bildirib. "Report" "Vestifinance" saytına istinadən xəbər verir ki, İsveçin "Skandinaviska Enskilda Banken" bankının baş strategiya mütəxəssisi Şon Yokotaya (Sean Yokota) hesab edir ki, ilin sonuna qədər yuan 0,7% ucuzlaşacaq. Qeyd edək ki, "Bloomberg"in analitiklər arasında apardığı sorğunun nəticələrinə əsasən, Ş.Yokota yuan üzrə ən dəqiq proqnoz verən mütəxəssisdir.
"Düşünürəm ki, Çin Mərkəzi Bankı may və iyun aylarından fərqli olaraq bir qədər neytral mövqe tutub və yuanın möhkəmlənməsini istəmədiyi müşahidə olunur. İxracın zəiflədiyi dövrdə ona güclü yuan lazım deyil", - deyə analitik qeyd edib.
Qeyd edək ki, yuan son 3 ayda ABŞ dolları ilə müqayisədə 3,7% möhkəmlənib. Ötən il isə yuanın məzənnəsi dollarla müqayisədə 6,5% zəifləyərək son 32 ilin ən kəskin devalvasiyası ilə üzləşib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/yuanin-ucuzlasacagi-proqnozlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR