Şaurmanı evdə hazırlayın - Resept

Kiçikdən-böyüyə hər kəsin sevimli yeməklərindən biri də şaurmadır.

Metbuat.az evdə şaurma hazırlamağın reseptini təqdim edir.

Tərkibi:

300-350 qram toyuq əti

200 qram xama və 200 qram mayonez

Keşniş (xırda doğranmış)

5-6 ədəd orta irilikdə kartof və 3-4 ədəd duzlu xiyar

Zövqə görə 1 və ya 2 diş sarımsaq

Ədviyyatlar, duz, istiot

Hazırlanmasına gəldikdə, toyuq ətini nazik doğrayıb, ədviyyatları, duz-istiotunu vurun. Sonra tavada azca duru yağda aşağı odda qızardın. Ayrıca qabda xamanı, mayonezi, sarımsaq və keşnişi qarışdırıb qızarmış ətin üzərinə tökün. 10 dəqiqəyə qədər aramsız qarışdırın. Sous qaynara düşmək istəyəndə tavanın altını keçirin.

Kartofu nazik uzun formada doğrayıb bol yağda qızardırın. Boşqaba kartof yığıb üstünə ətli sousu əlavə edin. Çörəyin, ya da lavaşın arasını açıb kartof düzün, üstünə ətli sous və duzlu xiyar qoyun və dürmək edərək bükülür.

Nuş olsun!

Ev üsullu toyuq kababı -Sobada - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR