Play Store

Sızanaq əleyhinə maska - Çox faydalıdır

Sızanaqlar yalnız yeniyetmələrin problemi deyil.

Metbuat.az xəbər verir ki, müxtəlif yaşda olan insanlar bu problemlə üzləşir.

Bir çox hallarda qidalanmaya müəyyən dəyişikliklər etməklə, təbii maskalarla sızanaqlardan daha asan və tez qurtulmaq mümkündür. Bu maskalardan biri limonla hazırlanan yumurta maskasıdır.

Tərkibi:

1 ədəd yumurtanın ağı

Yarım limonun suyu

Hazırlanması:

Yarım limon suyu və yumurta ağını yaxşıca çırpın. Əmələ gələn qarışığı 3 bərabər hissəyə bölün. Bu hissələrdən birini sürtüb 5 dəqiqə saxlayın. Sonra digər qatı sürtüb yenə 5 dəqiqə gözləyin. Ardınca sonuncu qatı da sürtdükdən sonra 10 dəqiqə saxlayın. Bol su ilə yuyun. Xüsusilə, sızanaqlı və yağlı dəriniz varsa, bu maskanı bir ya da 2 həftə tətbiq edib həm sızanaqlarınızı müalicə edə, həm də məsamələrinizi sıxlaşdıra bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Lazer epilyasiyaya ehtiyac YOXDUR! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR