Play Store

Şimali Koreya 3,5 milyon könüllü topladı - ABŞ-la müharibə yaxınlaşır

Şimali Koreya hökuməti, ABŞ ilə yaşanan nüvə böhranı və Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəyə tətbiq etdiyi sanksiyalara qarşı tədbirlərə başlayıb. Bundan dolayı 3,5 milyon nəfərin orduya qatılmaq üçün müraciət etdiyi söylənilir.

Metbuat.az bildirir ki, paytaxt Pxenyanda könüllülərin yürüşü təşkil olunacaq. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın böyük bəla ilə qarşılaşacağını söylədikdən sonra Şimali Koreyanın cavabı çox da gecikməyib. Ölkə səlahiyyətliləri ABŞ-ın Sakit okeanda yerləşən Guam adasının vurulacağını açıqlayıb. 

Bir araya gələn könüllülərə xüsusi döyüş hazırlığının keçilməsi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR