ABŞ: avtmobili nümayişçilərin üzərinə sürdülər, ölən və yaralılar var - FOTOLAR / YENİLƏNİB

ABŞ-ın Virciniya ştatındakı Çarlottesvil şəhərində irqçi qrupların üzərinə avtomobil sürülməsi nəticəsində 1 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb.

Ərazidə fövqəladə vəziyyət elan olunub.

xxx      xxx      xxx      xxx      xxx      xxx

ABŞ-ın Çarlottesvil şəhərində Konfederasiya Ordusunun komandirinə aid heykəlin götürülməsiylə bağlı irqçi qrupların başladığı etirazlar zamanı münaqişə yaranıb.

Metbuat.az bildirir ki, irqçi qrupların əraziyə silahlarla gəlməsi şəhərdə gərginliyi bir qədər də artırıb.  

Bundan əlavə, naməlum şəxsin avtomobili bir qrup nümayişçinin üzərinə sürməsi nəticəsində yaralıların olduğu haqda məlumat yayılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR