Araz Abdullayev Kipr klubuna transfer olundu

"Qəbələ"nin və milli komandamızın futbolçusu Araz Abdullayevin "Anortosis" klubuna keçidi rəsmiləşib.

Metbuat.az xəbər verir ki, bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb. 

25 yaşlı yarımmüdafiəçi Famaqusta təmsilçisində icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1 illikdir. 

Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində "Qəbələ"yə keçib. 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR