66 illik "QAZ 69"-u lüks avtomobillər kimi yığdı - VİDEO

66 illik "QAZ 69"-u lüks avtomobillər kimi yığdı - VİDEO
06:03 13 Avqust 2017
224 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy sakini 7 il öncə aldığı "QAZ 69" markalı avtomobilə 20 min manat xərc çəkərək əla vəziyyətə gətirib. Detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb. Gücünə və sürətinə görə sahibi avtomobili "dağ keçisi" adlandırır.

66 il əvvəl istehsal edilib, görkəminə görə yeni avtomobildən seçilmir. Goranboy sakini Rasim Tanırverdiyev 7 il öncə aldığı "Qaz 69" markalı avtomobilə 20 min manat xərc çəkərək bu vəziyyətə gətirib. Hər hansı detalları dəyişməyən maşının yalnız salon hissəsi fərqli formada yığılıb. Sürücü ilə bərabər 4 nəfərin rahat əyləşə biləcəyi modelin ən bahalı detalı isə onun üzərinə yerləşdirilən ceyrandır. Bu detalın qiyməti 1000 manata yaxındır.

Bu avtomobil digər modellərdən sürət qutusu ilə fərqlənir. Onu idarə etmək ilk dəfə sükanı arxasına əyləşənlər üçün bir qədər çətin olur.

Sahibi Qorki avtomobil zavodunda istehsal edilən "Qaz 69"-u gücünə və sürətinə görə "dağ keçisi" adlandırır. Sahibi avtomobili satmayacağını bildirib.

Publika.az "Xəzər Xəbər"in süjetini təqdim edir:

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR