Play Store

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat etdi

ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə şənbə günü vəfat edib.

 Metbuat.az bildirir ki, Azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub. 

Lütfi Zadə ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Məşhur riyaziyyatçı 1946-ci ildən ABŞ-da Massaçusets texnologiya institutunu bitirib, 1949-cu ildə Nyu-Yorkun Kolumbiya universitetində elmlər doktoru alimlik dərəcəsini alıb. 

Lütfi Zadə dünya şöhrətini 51 il əvvəl süni intelellekt sahəsində qeyri-səlis məntiqi (fuzzy logic) nəzəriyyəsini hazırlayaraq qazanıb. 

Qeyd edək ki, bundan öncə Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin səhhətinin pisləşməsi barəsində bəzi KİV-lərdə məlumatlar yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR