İndoneziyada güclü zəlzələ

İndoneziyanın Sumatra adasında 6.4 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az bildirir ki, zəlzələ adanın cənubundakı Benqkulu şəhərindən 74 kilometr qərbdə baş verib. Təkanların episentri 35 kilometr dərinlikdə olub.

Ölən və xəsarət alan olmayıb. Adada sunami təhlükəsi elan edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR