Təcavüz edilərək öldürülən gənc qızın cəsədini məzarından çıxardılar

İngiltərədə 4 il əvvəl qətlə yetirilən gənc qızın anasının polisə şikayət etməsindən sonra onun cəsədinin qalıqları məzarından çıxarılıb.

Metbuat.az bildirir ki, 18 yaşında öldürülən Selli Boumanın anası Linda naməlum şəxslərin qızının məzarına hücum edərək onu yararsız hala gətirdiklərini söyləyib.O, məzarın 6 ayda 4 dəfə hədəfə alındığını deyib.

Qeyd edək ki, Selli Londonun cənubundakı Kroydon şəhərində 46 yaşlı Mark Diksi tərəfindən sonra təcavüz edilərək öldürülüb. Məhkəmənin qərarı ilə qatil ömürlük azadlıqdan məhrum olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR