Xaçmazda gənc qadın dənizdə boğuldu

Xaçmazda gənc qadın dənizdə boğulub.

Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:50-də başa çatıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR