Əfqanıstanda artilleriya atəşi nəticəsində 13 dinc sakin həlak olub

Əfqanıstanda artilleriya atəşi nəticəsində 13 dinc sakin həlak olub
17:12 13 Avqust 2017
173 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 avqust. REPORT.AZ/ Əfqanıstanın şimalında artilleriya atəşi nəticəsində 13 dinc sakin həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hadisə Fəryab vilayətində baş verib. Ölənlərdən 10-u uşaq, 2-i qadın, 1-i kişidir. 
Atəşin hansı qruplaşma tərəfindən açıldığı barədə məlumat verilmir.
Həmçinin qeyd olunur ki, atəş nəticəsində daha 3 nəfər yaralanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efqanistanda-artilleriya-atesi-neticesinde-13-dinc-sakin-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR