Play Store

4 polis öldürüldü - İraqda

 İŞİD terrorçularının İraqın şərqindəki Diyala vilayətindəki polis postuna hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı öldürülüb.

Metbuat.az bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Polkovnik Həbib əş-Şemri agentliyə bildirib ki, İŞİD terrorçuları Ən-Nədadakı neft müəssisəsində yerləşdirilmiş polis postuna hücum ediblər. Silahlılar hücumdan sonra qaçıb gizləniblər.

Terrorçular son vaxtlar Diyalanın neft sənaye mədənlərinə hücumları fəallaşdırıblar. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR