Gəncə-Daşkəsən yolunda iki avtomobil toqquşdu - Yaralılar var

Daşkəsəndə iki avtomobil toqquşub.

Metbuat.az bildirir ki, hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşısına çıxan "VAZ-21015" markalı avtomobilə çırpılıb. Nəticədə taksinin sürücüsü və bir sərnişini, həmçinin digər avtomobildəki sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR