Tovuzda bədbəxt hadisə - Gənc qadın qeysəriyyə əməliyyatı zamanı öldü

Tovuzda qeysəriyə əməliyatından sonra narkozdan komaya düşən qadın ölüb.

Metbuat.az bildirir ki, Tovuz rayon Yanıqlı kənd sakini, 1988-ci il təvəllüdlü Əliyeva Oksana Hafiz qızı 12 gün əvvəl qeysəriyə əməliyatından sonra dünyaya oğlan uşağı gətirib. Qadın əməliyat zamanı vurulan narkozdan komaya düşüb. Reanimasiya şöbəsində koma vəziyyətdə qalan qadın bugün dünyasını dəyişib.

Qeyd edə ki, bu, O.Əliyevanın 2-ci doğuşu olub, bundan əvvəlki hamiləliyində də bir oğul uşağı dünyaya gətirib.

Faktla bağlı araşdırma aparılır. // Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR