Gənc oğlan intihar etdi - Bakıda

Bakıda intihar hadisəsi baş verib.

Metbuat.az-a Nizami rayon Prokurorluğundan verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Musayev Həzrət Əsədulla oğlu Nizami rayonu, Elşən Süleymanov küçəsi, məhəllə 2383-də 49 saylı binanın 10-cu mərtəbəsindən, 154 saylı mənzildən özünü atıb. H.Musayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Fakla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

VİDEO: Ötən gün Bakıda təhlükəli görüntülər çəkildi - "TIR" sürücüsü.... - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR