Azərbaycanın tanınmış rəssamı vəfat etdi

Azərbaycanın tanınmış rəssamı Əsgər Əsgərov dünyasını dəyişib.

Məlumata görə, bu barədə rəssamın yaxınları bildiriblər.

Ə.Əsgərov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1975-1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1994-cü ildə isə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunub.

1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində, eləcə də Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak edib. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

Ə.Əsgərov Bakı Rəssamlıq Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olub. //Trend

Allah rəhmət eləsin!

Tanınmış aktyor vəfat etdi - FOTO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR